Сərrahiyyədə əldə olunmuş nailiyyətlərə dair toplantı keçirilib

  2017-ci il dekabrın 22-də Azərbaycan Cərrahlar Birliyinin təşəbbüsü ilə Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) cərrahların növbəti aylıq elmi toplantısı keçirilib. Cərrah və cərrah-rezidentlərin iştirak etdiyi toplantı maraqlı təqdimatlarla yadda qalıb.

Tədbiri giriş sözü ilə açan RMDM-in baş həkimi Könül Xəlilova son illərdə cərrahiyyə sahəsində bir sıra uğurlara nail olunduğunu diqqətə çatdırıb. Bildirib ki, RMDM-in unikal imkanlarından istifadə etməklə yüksək ixtisaslı mütəxəssislərimiz ən qısa müddətdə ən dəqiq diaqnostika və keyfiyyətli müalicəni təmin edirlər.

Tədbirdə xolesistektomiya zamanı öd yolları zədələnmələrinə yanaşma və Qasıq yırtıqlarının laparoskopik əməliyyat üsulları ilə bağlı məruzələr olub. Məruzələri Mərkəzi Neftçilər Xəstəxanasının cərrah-transplantoloqu Eldar Əhmədov və RMDM-in ümumi cərrah-uzmanı İlqar İsmayılov təqdim edib. Təqdimatlar maraqlı suallar ətrafında müzakirələrlə nəticələnib.

25 Dekabr 2017
Bu mətn 358 dəfə oxunub