Bakı Ürək Mərkəzində unikal əməliyyat icra olunub

  Anadangəlmə ürək qüsuru olan uşaqların müalicəsi istiqamətində son illər görülən tədbirlər öz müsbət nəticəsini verir. Aparılan unikal əməliyyatlar uşaqların sağlam gələcəyinə zəmin yaradır. Bu sahədə nail olunmuş uğurların sayı günbəgün artır.

Bu uğurların davamı kimi, Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) nəzdində Bakı Ürәk Mәrkәzindә çox nadir rast gәlinәn ürәk qüsuru olan pasiyent uğurla əməliyyat olunub. İki Qövslü Aorta diaqnozu ilә daxil olmuş, 1.5 yaşlı Mәmmәdov Ömәr üzәrindә əməliyyatı ürək-damar cərrahı, t.ü.e.d. Dr. Rəşad Mahmudov icra edib.

Məlumat verilib ki, bu ürək qüsurunun rastgәlmә tezliyi dünya üzrә 0.7- 1% tәşkil edir. Əməliyyat edilmiş bu xәstәdә olduğu kimi, belə xәstәlәrin әsas şikayәtlәri tez-tez yuxarı tәnәffüs yollarının infeksiyasına yoluxma, traxeyanın sıxılması nәticәsindә stridoroz tәnәffüs, qida borusu sıxıldığı üçün sәrt qida qәbul edә bilmәmәkdәn ibarәtdir.

1.5 yaşına qədər normal qidalanması mümkün olmayan və çox zaman nazoqastral zond vasitəsilə qidalanan və tez-tez ağciyər infeksiyaları ilə uzunmüddətli xəstəxanalarda yatmağa məcbur qalan bu uşaqda əməliyyatın unikallığı həm aort damarı üzərində olan cərrahi ilə birlikdə, eləcə də qida borusu və tənəffüs yollarının rekonstruktiv prosedurları tətbiq olunub. Əməliyyat dünyada qəbul olunan qısa müddətdə, erkən bir şəkildə aparatdan ayrılması ilə öz unikallığını qoruyur. Әmәliyyatdan 1 saat sonra xәstә ekstubasiya olunub, ertәsi gün isә palataya köçürülüb. Hazırda uşağın qidalanması və tənəffüs almasında var olan problemlər tamamilə ortadan qalxmış vəziyyətdədir. Uşaq problemsiz şəkildə evə yazılıb.

27 Dekabr 2017
Bu mətn 604 dəfə oxunub