Səhiyyə naziri Oqtay Şirəliyev Zərdabda vətəndaşları qəbul edəcək

  Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev 5 yanvar 2018-ci il tarixində saat 11:00-da Zərdab Mərkəzi Rayon Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək.

Nazir Zərdab, Ucar, Kürdəmir, Ağdaş, Ağsu, Göyçay rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.

Qəbulda habelə sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar Zərdab Mərkəzi Rayon Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.

5 Yanvar 2018
Bu mətn 695 dəfə oxunub