Səhiyyə naziri Oqtay Şirəliyev Zərdabda vətəndaşları qəbul edib

  Ölkə başçısı İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq bölgələrdə vətəndaşların qəbulu qurum rəhbərləri tərəfindən davam etdirilir. Şəhər və rayonlarda vətəndaşların dövlət qurumlarının, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən qəbulu cədvəlinə uyğun olaraq 05.01.2018-ci il tarixində Azərbaycan Respublikasının Səhiyyə naziri Oqtay Şirəliyev 11:00-dan etibarən Zərdab rayon Mərkəzi Xəstəxanasında vətəndaşları qəbul etmişdir.

Qəbula müraciət etmiş Zərdab, Ağsu, Ucar, Ağdaş, Kürdəmirdən olan sakinləri öz müraciətləri, şikayət, təklif və fikirlərini nazirə bildirmişlər.

Qəbula gələn müraciətdə qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılmış, onların bəziləri yerindəcə həllini tapmışdır.

Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti üzrə çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülmüşdür.

8 Yanvar 2018
Bu mətn 680 dəfə oxunub