ATU əməkdaşı London xəstəxanasında işləyib

  Azərbaycan Tibb Universitetinin (ATU) əməkdaşları tibb sahəsində bilik və praktiki bacarıqların artırılması üçün daim müxtəlif kurslarda iştirak edirlər. Çox hallarda ATU işçiləri xarici ölkələrdə keçirilən təlimlərə qatılrılar. ATU-nun I cərrahi xəstəiklər kafedrasının əməkdaşı Esmira Əhmədova növbəti belə proqramda uğurla iştirak edib. O, Avropa Koloproktoloqlar Cəmiyyətinin təşkil etdiyi 6 aylıq təkmilləşdirmə kursunu bitirib.

O, kursa müsabiqə yolu ilə qəbul edilib: «Müsabiqədən uğurla keçdikdən sonra bildim ki, kurs Böyük Britaniya və Şimali İrlandiya Krallığında təşkil olunur. Təkmilləşdirmə proqramı çərçivəsində Londonda yerləşən "Barts Health NHS Trust" xəstəxanasında işlədim. Burada keçirilən əməliyyatlarda cərrah kimi iştirak etmək, xəstələrin müayinəsini sərbəst aparmaq hüququnu əldə etmək üçün “Barts Health” qurumuna müraciət etdim. Nəticədə mənimlə işə qəbul olunan həkim kimi müqavilə bağladılar. Bu müqavilə mənə xəstələrin müayinəsini sərbəst icra etmək, cərrahi əməliyyatlarda iştirak etmək hüququnu verdi”.

Qeyd edək ki, ATU əməkdaşının kurs keşdiyi "Barts Health NHS Trust" xəstəxanası Avropanın ən böyük klinikalarından biridir. Bundan əvvəl, E.Əhmədova 2016-cı ildə Norveçdə Oslo Universitet Xəstəxanasında təkmilləşdirmə kursunu keçib.

26 Yanvar 2018
Bu mətn 172 dəfə oxunub