ATU-nun şüa diaqnostikası və terapiyası kafedrasında rezidentlərin seminarı başlayıb

  Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında şüa diaqnostikası və terapiyası kafedrasının rezidentləri üçün seminar keçirilib. Açılış nitqi ilə çıxış edən ATU-nun şüa diaqnostikası və terapiyası kafedrasının müdiri, dosent Məlahət Sultanova seminarın əsas məqsədlərini açıqlayıb. Onun sözlərinə görə, seminarda rezidentləri aktual mövzulara dair öz fikirlərini bildirirlər: “Şüa diaqnostikası və terapiyası kafedrasında 40 rezident fəaliyət göstərir. Onlardan 20-si ATU-nun Tədris Terapevtik, yerdə qalanları isə Tədris Cərrahiyyə Klinikasında çalışırlar. Sevindirici haldır ki, bu seminara hər iki klinikanın bazasında olan rezidentlərimizin çıxışları olacaq”.

Kafedra müdiri M.Sultanova qeyd etdi ki, seminar bir neçə gün davam edəcək. Hər gün də müxtəlif mövzularda çıxışlar dinləniləccək. Tam fərqli mövzular ətrafında hazırlanan çıxışların qrafiki dəqiqləşib. İlk olaraq II kurs rezidenti Gültən Rəfibəyli “Fetal heterotaksi sindromları” mövzusunda fikirlərini seminar iştirakçılarına çatdırdı. Təqdimatdan sonra rezdientlər arasında qeyd olunan mövzu ətrafında sual-cavab sessiyası keçirilib.

Məlahət Sultanova seminarların uğurlu keçəcəyindən əmin olduğunu bildirərək bu işdə rezidentlərə müvəffəqiyyətlər arzuladı.

29 Yanvar 2018
Bu mətn 654 dəfə oxunub