Respublika Perinatal Mərkəzində Hamilə Qadınların Vahid Elektron Registri ilə bağlı təlim keçirilib

     13.02.2018-ci il tarixdə Respublika Perinatal Mərkəzində Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 02 sentyabr 2014-cü il tarixli 87 nömrəli əmri ilə təsdiq edilmiş “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tədbirlər Planı”nın 6.1 –ci bəndinin təmin edilməsi məqsədi ilə “Vətəndaşların Elektron Sağlamlıq Kartı Sistemi”nin “Hamilə qadınların vahid elektron registri” barədə təlim keçirilmişdir. Təlim zamanı “Qadın Məsləhətxanası” proqram modulunun istifadə qaydaları və üstünlükləri müzakirə olunmuşdur. Bu proqram modulu vasitəsilə hamilə qadınların qeydiyyatını , hamiləlik dövründə aparılan müayinə və müşahidə məlumatlarının qeydiyyatını eləcə də əvvəlki hamiləliyin nəticələrini görmək mümkündür. Təlimdə həmçinin Hamilə qadınların vahid elektron registrində XBT 9 və XBT 10 tədbiqi ilə bağlı slayd iştirakçılara nümayiş olunmuşdur.

14 Fevral 2018
Bu mətn 580 dəfə oxunub