AMEA-nın Ümumi yığıncağı və Səhiyyə Nazirliyi Kollegiyasının birgə elmi sessiyası keçiriləcək

 16 fevral 2018-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı və Səhiyyə Nazirliyinin Kollegiyasının birgə elmi sessiyası keçiriləcək.

Tədbir zamanı giriş nitqi ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə çıxış edəcək. Sessiyada “Azərbaycanda tibb elminin inkişafı, prioritetləri və inno­vativ perspektivləri” məruzəsi ilə AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov çıxış edəcək.

Sessiyada Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəylinin, AMEA-nın müxbir üzvü Nuru Bayramovun və tibb üzrə fəlsəfə doktoru Orxan İsayevin, Milli Onkologiya Mərkəzinin şöbə müdiri, tibb üzrə fəlsəfə doktoru Fuad Novruzovun, Fiziologiya İnstitutunun direktoru, professor Ulduz Haşımovanın, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru, professor Nazim Qasımovun, Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü Elmar Qasımovun çıxışları gözlənilir.

15 Fevral 2018
Bu mətn 613 dəfə oxunub