“Təməl cərrahi bacarıqlar” adlı kursun sonuncu hissəsi keçirilib

  Azərbaycan Tibb Universitetinin (ATU) Cərrahiyyə Klinikasında rezidentlərin cərrahi bacarıqlarının artırılması məqsədi ilə keçirilən kursların sonuncusu baş tutub. Kursun təşkilatçısı, Cərrahi xəstəliklər kafedrasının baş laborantı Azər Hümbətovun sözlərinə görə, “Təməl cərrahi bacarıqlar" adlı kursun sonuncu hissəsi bağırsaq müsariqəsi damarlarının işlənilməsi və uc-uca bağırsaq anastomozunun qoyulması qaydalarına həsr edilib. Ümumi Cərrahiyyə kafedrasının assistenti Elnur Qasımov və I Cərrahi Xəstəliklər kafedrasının baş laborantı t.ü.f.d. Azər Hümmətov tərəfindən I və ll kursdan olan 7 rezidentə bu qaydalar öyrədilib.

Qeyd edək ki, kursun ilkin mərhələsində cərrahın alətlərlə işləmə qaydaları tədris olunub. Rezidentlərə düyünlərin bağlanması, tikişlərin qoyulması, cərrahi alətlər barədə məlumat verilib.

Azər Hümbətovun bildirdiyin görə, ikinci hissədə bacarıqların artırılması vərdişləri yaş toxumalar üzərində həyata keçirilib: “Toxuma əsasən xüsusi ət parçalarından hazırlanıb, atiroma maketi yaradlılıb. Rezidentlərə dəridə kəsiklərin aparılması, dəri tikişlərinin qoyulması, dərialtı aksislərin açılması və drenajı əməliyatı, bağırsaqlar üzərində anostomozun qoyulması və digər biliklər öyrədilib”.

Rezidentlər bu vərdişlərə yiyələnəndən sonra onların cərrahi əməliyatlarda iştirakı təmin olunacaq.

27 Fevral 2018
Bu mətn 735 dəfə oxunub