Səhiyyə Nazirliyində Yaponiyanın nümayəndə heyəti ilə Azərbaycan səhiyyəsində İKT layihələri müzakirə edilib
09/26/2025
Yaponiyanın Daxili İşlər və Rabitə Nazirliyinin təşəbbüsü ilə 26 sentyabr 2025-ci ilin tarixində “Digital Knowledge” şirkətinin nümayəndə heyəti Azərbaycanda səfərdə olub.
Səfərin məqsədi səhiyyə sahəsində informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqi üzrə tədqiqatların aparılması və potensial əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi olub.
Səfər çərçivəsində nümayəndə heyətinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyində görüşü təşkil edilib. Görüş zamanı səhiyyə sistemində rəqəmsal həllərin tətbiqi, ana və uşaq sağlamlığının qorunması üzrə müasir yanaşmalar, həmçinin tibb bacılarının peşəkar hazırlığının gücləndirilməsi məqsədilə elektron təhsil imkanları müzakirə olunub.
Qeyd edək ki, layihə çərçivəsində Azərbaycanda “Ana və uşaq sağlamlığının təkmilləşdirilməsi və tibb bacılarının hazırlığı üçün e-təhsil sisteminin yaradılması” istiqamətində əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulur.
Görüşün nəticələri gələcəkdə Azərbaycan ilə Yaponiya arasında səhiyyə sahəsində əməkdaşlığın daha da güclənməsinə və yeni birgə layihələrin reallaşdırılmasına zəmin yaradacaq.