20 Yanvar — tariximizə qanla yazılmış şərəf və qəhrəmanlıq salnaməsi

01/20/2026

20 Yanvar 1990-cı il — Azərbaycan xalqının azadlıq, müstəqillik və milli ləyaqət uğrunda apardığı mübarizənin ən faciəli, eyni zamanda ən şanlı səhifələrindən biridir.

Həmin gecə günahsız insanlar — qadınlar, uşaqlar, yaşlılar ağır hərbi texnika qarşısında sinəsini sipər edərək Vətənimizin azadlığı naminə canlarından keçdilər. Onların tökülən qanı Azərbaycanın müstəqillik yolunu işıqlandıran müqəddəs məşələ çevrildi.

20 Yanvar şəhidləri yalnız faciənin qurbanları deyil, xalqımızın azad ruhunun, sarsılmaz iradəsinin və milli birliyinin simvoludur. Məhz onların fədakarlığı sayəsində bu gün müstəqil, suveren Azərbaycan dövləti mövcuddur.

Biz bu gün dərin hüznlə yanaşı, böyük qürur hissi ilə də baş əyirik. Çünki 20 Yanvar xalqımızın sınmadığını, əksinə, daha da gücləndiyini bütün dünyaya sübut etdi.

Şəhidlərimizin əziz xatirəsi qəlbimizdə daim yaşayacaq.
Ruhları şad olsun